RU

Nobel mükafatı Hidankyoya verilib

2024-cü il üçün Nobel Sülh Mükafatı Yaponiyanın Xirosima və Naqasaki partlayışlarından sağ çıxanların təşkilatı Nihon Hidankyoya verilib. Bu barədə Nobel Komitəsinin rəsmi saytında məlumat verilib.

Bəyanatda assosiasiyanın "nüvə silahından azad bir dünyaya nail olmaq üçün göstərdiyi səylərə” və nüvə silahının heç vaxt insanlara qarşı istifadə edilməməli olduğunu nümayiş etdirdiyinə görə təqdir edildiyi bildirilib.

Avqustun 6-da Xirosima Sülh Memorial Parkında şəhərin atom bombasının atılmasının 79-cu ildönümünə həsr olunmuş mərasim keçirilib. Tədbirdə yapon siyasətçilərindən heç biri hücumu təşkil edən ABŞ-ın adını çəkməyib. Xüsusən də ölkənin baş naziri Fumio Kişida bunu xatırlamayıb.

Üç gün sonra, Naqasakinin bombalanmasının ildönümündə Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki 1945-ci ildə ölkənin iki şəhərinin bombalanmasına görə ABŞ-dan üzr istəmək zərurətini elan edib. Onun sözlərinə görə, 2023-cü ilin mayında Amerika prezidenti Co Bayden G7 sammitinin keçirildiyi Xirosimaya şəxsən səfər edib. Daha sonra o, tarixdə ilk dəfə olaraq yapon xalqından üzr istəmək imkanı əldə edib, lakin Ağ Evin sahibi bunu etməyib.
 
Ötən il bu mükafatı iranlı hüquq müdafiəçisi Nərgis Məhəmmədi alıb.
 
Bu il Nobel mükafatı üçün 286 nəfər müraciət etmişdi.
 
Aytac 

www.anews.az
Избранный
22
anews.az

1Источники