RU

Ermənistanda çaxnaşma: “Nikol Paşinyana müxalif olan qüvvələr onu mümkün qədər…”

“Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistan 10 noyabrda imzalanan üçtərəfli bəyannamədən rəsmən öz imzasını geri götürmədiyi barədə bəyanatı Ermənistanda çaxnaşmaya səbəb olub. Çünki Nikol Paşinyana müxalif olan qüvvələr onu mümkün qədər tez bu bəyannamədən çıxmağa çağırır və bildirirlər ki, üçtərəfli bəyannamə mövcud olduğu müddətcə Rusiyanın Ermənistana təzyiqi davam edəcək. Amma digər qüvvələr isə Paşinyanın bu məsələdə tələsik hərəkət etməməsini təqdir edirlər. Onların arqumentləri isə belədir ki, əgər Paşinyan bu bəyannamədən çıxarsa, Azərbaycan üçün Ermənistana hücum etməyə səbəb vermiş olardı”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, ikinci qrupun mülahizələrinə haqq qazandırmaq daha məqsədəuyğundur:

“Çünki üçtərəfli bəyannamə məhz Azərbaycanla-Ermənistan arasında müharibənin nəticələrinə görə imzalanıb və Ermənistanı məğlub dövlət kimi tanıyır. Onun bu bəyanatdan çıxması müharibənin hələ bitmədiyi, erməni hökumətinin müharibənin nəticələri ilə razılaşmadığı anlamına gəlir. Azərbaycanla-Ermənistan arasında atəşkəs və ya sülh haqqında digər sənəd olmadığına görə bəyannamədən çıxmaq dövlətləri yenidən müharibə vəziyyətinə qaytara bilər.

Amma Azərbaycanın bu vəziyyətdən istifadə edib Ermənistana hücuma keçəcəyinə gəlincə bu erməni siyasətçilər tərəfindən bir qədər şişirdilib. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi kimi bizim özgə torpaqlarda gözümüz yoxdur və işğalçı olmaq da istəmirik. Təbii ki, Ermənistan özü Azərbaycanı buna təhrik etməyincə…”.

//Gülnarə Abasova, Editor.az

Избранный
24
editor.az

1Источники