Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqa və İkinci Liqa ilə bağlı müxtəlif qərarlar qəbul olunub.
Arena.az sözügedən turnirlərdə keçirilmiş son oyunlala bağlı çıxarılmış qərarların siyahısını təqdim edir:
Birinci Liqa, 4-cü tur
“Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 53-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu İsa İsayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qaradağ Lökbatan” buna görə 50 manat cərimə edilib.
“Difai” – “Karvan” oyununun matçöncəsi iclasında “Karvan”ın nümayəndəsi iştirak etmədiyinə görə Yevlax komandası 80 manat cərimə edilib. “Difai” – “Karvan” oyununda “Difai”nin futbolçusunun formasında qüsurlar olduğuna görə sözügedən klub 100 manat cərimə edilib.
“Mingəçevir” – “Zaqatala” oyununun matçöncəsi iclasında “Zaqatala”nın nümayəndəsi iştirak etmədiyinə görə Zaqatala komandası 80 manat cərimə edilib.
“İmişli” – MOİK oyununun matçöncəsi iclasında mühafizə nümayəndəsi iştirak etmədiyinə görə “İmişli” klubu 80 manat cərimə edilib.
“Baku Sportinq” – “Qəbələ” oyununun 60-cı dəqiqəsində “Baku Sportinq”in futbolçusu Əli Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Baku Sportinq” komandası buna görə 150 manat cərimə edilib. Oyunun 68-ci dəqiqəsində “Baku Sportinq”in digər futbolçusu Elvin Dəmirov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Baku Sportinq” buna görə 100 manat cərimə edilib.
İkinci Liqa, 6-cı tur
“Saatlı-Araz” – “Qusar” oyunu “Qusar”ın formasında qüsurlar olması səbəbindən gec başladığına görə sözügedən klub 80 manat cərimə edilib. Oyunun matçöncəsi iclasında “Qusar”ın nümayəndəsi iştirak etmədiyinə görə sözügedən komanda 80 manat cərimə edilib.
“Füzuli” – “Kür-Araz” oyununun 45-ci dəqiqəsində “Füzuli”nin futbolçusu Elvin Yunusov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.
“Şimal” – “Dinamo” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Şəki Siti” – “Ağdaş” oyununun 62-ci dəqiqəsində “Şəki Siti”nin futbolçusu Elçin Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. Oyunun 73-cü dəqiqəsində “Ağdaş”ın futbolçusu Azad Əzimli ikinci sarıdan sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Hypers Quba” – “Göygöl” oyununun 77-ci dəqiqəsində “Göygöl”ün futbolçusu Elşən Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Göygöl” komandası buna görə 50 manat cərimə edilib. “Hypers Quba”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən komanda 150 manat cərimə edilib.