RU

Putin Aşqabadda İran prezidenti ilə görüşdü-Yaxın Şərq müzakirə edilir

Aşqabadda Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla görüşüb.

Azpost.info bildirir ki,  bu barədə RİA Novosti məlumat yayıb.

Kremlin sözçüsü Dmitri Peskovun verdiyi məlumata görə, ciddi danışıqlar gözlənilir, dövlət başçıları ikitərəfli münasibətlərə toxunacaq və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.

Bu, Pezeşkian seçildikdən sonra Rusiya və İran prezidentləri arasında ilk üzbəüz danışıqlardır.

Rusiya tərəfdən görüşdə Peskov, baş nazirin müavini Aleksey Overçuk, prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edir.

Избранный
34
azpost.info

1Источники