RU

"Yeni dünya düzəni formalaşıb, bu, təbii və dönməz bir prosesdir”

\"Yeni dünya düzəni formalaşıb. Bu, təbii və dönməz bir prosesdir”.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabadda keçirilən proqramda danışarkən deyib.
 
\"Dünya sivilizasiyaların bölünməsi və etnik və dini qruplar arasında qarşıdurmalardan doğan görünməmiş təhlükələrlə üz-üzədir\" deyən Putin beynəlxalq münasibətlər qlobal köklü dəyişikliklərin yaşandığı bir dövrə daxil olduğunu, bu dövrdə yeni dünya nizamının planetin müxtəlifliyini əks etdirdiyini qeyd edib.
 
Şərqdə və cənubda yeni güclü iqtisadi, maliyyə və siyasi mərkəzlərin yarandığını bildirən Putin \"Bu mərkəzlər suverenliyi, sosial-mədəni kimliyi qorumağa və gücləndirməyə, ənənələrə və milli maraqlara uyğun inkişaf yolları tapmağa çalışır\", - deyə o bildirib.

Aktivlərin ədalətli bölüşdürülməsi, beynəlxalq həyatın konstruktiv demokratikləşməsi və çoxqütblü dünya nizamında qarşılıqlı fəaliyyətin tərəfdarı olduqlarını bildirən Putin BRİKS sammitinin oktyabrın 22-24-də Respublikanın paytaxtı Kazanda keçiriləcəyinə diqqət çəkib.
 
Mikayıl
Избранный
21
azxeber.com

1Источники