RU

Sumqayıtda ağacəkmə aksiyaları keçirilir - FOTOLAR

Cənab Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi və cari ildə paytaxtımızda COP 29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı) ilə bağlı tədbirlərin baş tutacağını nəzərə alaraq ölkə ərazisində  ağacəkmə aksiyaları həyata keçirilir.

"Unikal" xəbər verir ki, Sumqayıt Bələdiyyəsi şəhər ərazisində il ərzində 1000 ədəd qızılgül kolları, xan çinarı, zeytun və şam ağacları, 2500 ədəd şəmşid kolları əkməklə ölkə ərazisindəki ümumi yaşıllaşdırmaya öz töhfəsini verib.

Qeyd edək ki, Avropanın müxtəlif ölkələrindən - Türkiyə, İtaliya, Fransa, Almaniya, Polşa, Çexiya, Bolqarıstan və Serbiyadan olan ümumilikdə 10 beynəlxlaq COP 29 könüllüləri ölkəmizə səfər çərçivəsində Sumqayıt Bələdiyyəsində oldular. Qonaqlara şəhərdə bələdiyyə tərəfindən aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Daha sonra, beynəlxalq COP 29 könüllüləri şəhərin "Yaşma bağları" ərazisində 350 ədəd oleandr bitkisinin əkilməsində iştirak etdilər.

Qeyd edək ki, Sumqayıt Bələdiyyəsi tərəfindən bu tip ekoloji tədbirlərin həyata keçirilməsi perspektivdə də davam etdiriləcək.

Избранный
5
50
unikal.az

10Источники