RU

Məsut Özil “Qarabağ”ın düşərgəsində

Almaniya yığmasının Türkiyə əsilli sabiq futbolçusu Məsut Özil “Qarabağ” klubunun düşərgəsinə gəlib.

İdman.biz xəbər verir ki, Ağdam təmsilçisinin dəvəti ilə ölkəmizə təşrif buyuran dünya çempionu "Azersun Arena"da keçirilən açıq məşqini izləyir.

Onun “Qarabağ”ın uşaq komandaları ilə oyunu da planlaşdırılır. Ardınca isə ulduz futbolçu mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Aytac Sahəd
İdman.biz

Избранный
14
idman.biz

1Источники