RU

Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir

Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər çox vacibdir.

Yenicag.az xəbər verir ki, bunu Qırğız Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, dünya ölkələri baş verən təbii fəlakətlərə qarşı tədbirli olmalı, öz əhalisini bu istiqamətdə maarifləndirməlidir:

“COP29 çərçivəsində baş verə biləcək iqlim fəlakətlərinə hazırlıq məsələsini müzakirə etməliyik. Dünya ölkələri BMT-nin iqlimlə bağlı qətnamələrinə dəstək verməlidir. Biz bu istiqamətdə çox işləməliyik ki, insanlara və təbiətə dəyən ziyanı azaldaq”.

O həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində baş verə biləcək təbii fəlakətlərlə mübarizədə alətlərin azlığı narahatedici məqamdır:
“Düşünürəm ki, yeni alətlər tapmalıyıq. Məsələn, Qırğızıstanda təbii fəlakət baş verərkən insanlar nə etməli olduqlarını bilmirdilər. Bu cür hadisələrin mənfi nəticələri ilə mübarizə aparmalıyıq”.

Избранный
1
2
yenicag.az

3Источники