RU

Xudatda yol qəzası olub, iki nəfər ölüb

Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə şəxsiyyəti hələ müəyyən edilməyən iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
2
12
qaziler.az

10Источники