RU

Azərbaycan "İqlim Troykası" ölkələrinin 1.5 dərəcəlik missiyasının "Yol xəritəsini" cızdı...

Image

Bakıda BMT-nin İqlim Konfransına hazırıq məqsədi ilə Pre-COP29 tədbiri işə başlayıb. Tədbirdə COP28 (Biriəsmış Ərəb Əmirliyi), COP29 (Azərbaycan) və COP30 (Braziliya) sədrliklərinin birgə təşkilatçılığı ilə "Troyka ölkələri"nin "1.5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi"nin cıxılması mövzusu müzakirə edilib.

Prezident İlham Əliyev Pre-COP29 tədbirinin iştirakçılarına müraciətində bildirib ki, iqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, lakin inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır: "İqlim dəyişmələri bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur. Burada Azərbaycan da istisna deyil".

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək: "Belə ki, bütün tərəfləri cəlb etməklə insan inkişafı, irriqasiya və gənclərlə bağlı tədbir olacaq...".

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil isə vurğulayıb ki, hər hansı bir işdə nəticə əldə etmək yalnız əməkdaşlıq çərçivəsində mümkündür: "Biz COP29 çərçivəsində iqlim problemlərinin təsir etdiyi bütün sahələrdə yeni həll yolları tapmaq istəyirik...Düşünürəm ki, Azərbaycanda keçirilən COP29 bu xəritəyə işıq tutacaq".

Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbirdə Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstranın sözlərinə görə isə, geosiyasi problemlər çox mürəkkəb məsələdir, ancaq bu, bəhanə ola bilməz: "Dubayda əldə olunan nailiyyətlər genişləndirilməlidir. Bizim 2050-ci ilədək xalis sıfır karbon emissiyasına nail olmaq məqsədimiz var... Bir sıra layihələr var ki, bunların icrası mütəxəssislərin iştirakı ilə sürətləndirilməlidir. İqlim dəyişikliyinin Yer kürəsinə təsiri və ölkələrin bu istiqamətdə görməli olduğu işlər müzakirə olunmalıdır. Biz hədəflərimizin 90 faizini 2040-cı ilə qədər yekunlaşdırmaq istəyirik”.

BMT Baş katibinin birinci müavini Amina Mohammed isə Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1.5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə bildirib ki, COP29 kollektiv məqsədin müəyyənləşdirilməsi istiqamətində bir testdir: "Dünyanın belə tədbirlərə böyük ehtiyacı var. Qlobal dünya bacardığımızı görməlidir. Qarşıdakı aylar çox önəmlidir. Cəsarətli olmalı, fəaliyyəti gücləndirməliyik. Geriyə yol yoxdur, yalnız irəli gedəcəyik".

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxışında vurğulayıb ki, COP29 iqlim dəyişmələri problemində praktiki həllər tapmağa imkan yaradır, COP29 bu istiqamətdə həlledici rol oynayacaq”.

Bu il noyabrın 11-dən 22-dək Bakıda COP29 tədbiri keçiriləcək. Ötən il Birləşmiş Ərəb Əmirliklərində (Dubayda) keçirilən COP28 sammitində ölkələr mədən yanacağından uzaqlaşmağa razılaşıblar. Azərbaycan hökuməti isə, öz növbəsində, atmosferə istixana qazlarının buraxılmasını 2030-cu ilədək 35 faiz azaldaraq 1990-cı illər səviyyəsinə salmaq öhdəliyi götürüb. COP29 iştirakçıları hesəb edir ki, atmosferə istixana qazlarının buraxılmasını azaltmaqla dünyada orta temperaturu 1,5 dərəcə selsi aşağı endirmək olar.

Dəniz NƏSİRLİ





Избранный
9
baki-xeber.com

1Источники