RU

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Xudatda baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub...

“Report”un Şimal bürosunun məlumatına görə, Xudat-Quba avtomobil yolunun 5-ci şöbə adlanan ərazisindən keçən hissəsində baş verən yol qəzasında "VAZ-21011" markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Orxan İslam oğlu Məmmədov və onun sərnişini, 2001-ci il təvəllüdlü Nazir Ramin oğlu Tarverdiyev hadisə yerində ölüblər.

Qəza zamanı yaralanan Elməddin Etibar oğlu Məmmədov və Vilayət Vidadi oğlu İbrahimov ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

"Report"un Şimal bürosunun məlumatına görə, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə şəxsiyyəti hələ müəyyən edilməyən iki nəfər ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
2
1
poliqon.info

2Источники