RU

İnnovasiya və texnologiyanın birləşdiyi “INMerge” İnnovasiya Sammiti davam edir

Bakı. Trend:

10 oktyabr 2024-cü il tarixində Bakıda PASHA Holding-intəşkilatçılığı ilə “INMerge Innovation Summit”in açılış mərasimibaş tutub. İki gün davam edən sammit regionun innovasiyaekosisteminin inkişafına töhfə vermək, startaplar və investorlararasında əməkdaşlığı təşviq etmək, iştirakçılar arasında fikir vətəcrübə mübadiləsi üçün platforma yaratmağı hədəfləyir.

Trend xəbər verirki, sammitdə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə“Fintech”, “Telekommunikasiya”, “E-ticarət”, “Süni intellekt”,“Marketinq” kimi önəmli və dünyanın diqqət mərkəzində olan mövzularmüzakirə edilir.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri MikayılCabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞAHolding-in Baş İcraçı direktoru Cəlal Qasımov, Kapital Bank-ınİdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov özfikirlərini və təcrübələrini bölüşüblər.

PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışındasammitin əhəmiyyətini yüksək dəyərləndirib: “Regionun əsas iqtisadioyunçularından biri kimi biz cəmiyyətimizin inkişafınıdəstəkləməkdə qərarlıyıq. İnnovasiya bizim üçün sadəcə bir anlayışyox, həm də tərəqqinin rəmzidir. Bu sammit vasitəsilə biz regionuninnovasiya ekosisteminin inkişafına dəyərli töhfə veririk”.

Qeyd edək ki, tədbirin ilk günü qlobal və yerli spikerlərinçıxışları ilə yadda qalıb. O cümlədən “YouTube”un həmtəsisçisi StivÇen, “Harvard Business School”un professoru Linda Hill və digərnüfuzlu şəxslər sammit iştirakçıları qarşısında çıxış ediblər.Sammitin ikinci günündə isə “Starbucks”ın həmtəsisçisi Zev Siegl,“Amazon”un Baş texnologiya direktoru Verner Vogels və “Waze”inqurucusu Uri Levin kimi spikerlər çıxış edib.

Sammit çərçivəsində Kapital Bank-ın İdarə Heyətinin sədri FəridHüseynov da “Fintech” panelində çıxış edərək, ödəniş həllərisahəsində təklif olunan yeniliklərdən və bu texnologiyalarınmüştərilərə təqdim etdiyi faydalardan bəhs edib. Fərid Hüseynovunçıxışında qeyd etdiyi məqmalar Kapital Bank-ın maliyyətexnologiyalarının inkişafına verdiyi töhfəni və bankın bu sahədəkiliderliyini bir daha vurğulayır.

Bundan əlavə Kapital Bank-ın “INMerge” İnnovasiya Sammitindəolan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilərstenddə virtual reallıq (VR) texnologiyasını sınaqdan keçirib. Sadətapşırıqları yerinə yetirən iştirakçılar “Umico Market” və“Dukan”dan hədiyyələr qazanıblar. Stend tədbir iştirakçılarınınböyük marağına səbəb olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildirvə Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsiilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün— https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Məqalədə:
Избранный
3
19
az.trend.az

10Источники