Bakı. Trend:
Çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda (BeachVolley European Cup) mübarizə aparan “Azərreyl” klubunun qadın vəkişi komandaları qrup mərhələsini lider olaraq başa vurublar.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, hər iki təmsilçimiz 1/4 finala yüksəlib.
Fransanın Montpelye şəhərində təşkil olunan yarışın qrupmərhələsinin son görüşlərində komandarımız asan qələbə qazanıblar.Sloveniya idmançıları ilə oyunlar 2:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, pley-off matçları sabah keçiriləcək. Qrupmərhələsinin oyunları başa çatdıqdan sonra komandalarımızınrəqibləri bəlli olacaq.
Avropa Kuboku
11 oktyabr
Qadınlar
“Azərreyl” - “BVC Ludus” (Sloveniya) - 2:0 (21:18, 21:13)
“Azərreyl” - “BVC Ludus” (Sloveniya) - 2:0 (21:16, 21:19)
Kişilər
“Azərreyl”- “BVC Ludus” (Sloveniya) - 2:0 (21:17, 21:17)
“Azərreyl” - “BVC Ludus” (Sloveniya) - 2:0 (21:16, 21:8)