RU

Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?

Taksilərlə bağlı təkmilləşdirmə işləri davam edir. Taksilərin ən çox üzləşdiyi problemlərdən biri də sərnişinlərin avtomobilə minib-düşməsi ilə bağlıdır. Bəzi hallarda sərnişinlər taksinin elə yerlərdə dayanmasını tələb edir ki, orada ya saxlamaq qadağandır, ya da avtobus zolağı var. Artıq taksilərlə bağlı müəyyən duracaqlar yaradılması düşünülür.

Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb. Bu barədə agentliyin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir.

Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi altı məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.

“Digər maşınların dayanmasına icazə yoxdur”

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, yaradılan dayanacaqlar və minib-düşmə məntəqələri yalnız taksilər üçün nəzərdə tutulub: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib. Sentyabrın 30-dan etibarən burada beş duracaq və bir minib-düşmə yeri fəaliyyət göstərir. Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinə əsasən digər nəqliyyat vasitələrinin sürücüləri qayda pozuntusuna görə 40 manat məbləğində cərimələnəcək. Qeyd edək ki, minib-düşmə yerində də yalnız taksilər üçün icazə var, digər maşınların orada dayanmasına icazə yoxdur”.

“Sərnişini düşürmək üçün yer tapa bilmirdilər”

Избранный
20
12
publika.az

10Источники