RU

Sumqayıtda motosiklet məscidə çırpıldı, sürücü öldü

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
 
Moderator.az xəbər verir ki, hadisə 6-ci mikrorayon ərazisində yerləşən, Hacıbala Salayev küçəsində baş verib. Allahverdiyev Eldəniz Elşad oğlunun “Zontes-Sport” markalı motosikleti idarəetmədən çıxaraq, Corat məscidinin divarına çırpılıb.
 
Nəticədə motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. (lent.az)
Избранный
3
1
moderator.az

6Источники