RU

Ruslar 4 istiqamətdə xeyli irəliləyiblər -"DeepState"

Rus işğalçıları Donetsk vilayətində irəliləməyə davam edirlər. 

DeepState analitiklərinin fikrincə, onlar konkret olaraq dörd yaşayış məntəqəsi yaxınlığında uğur qazana biliblər.

"Düşmən Novoqrodovka, Novoaleksandrovka, Suxaya Balka və Ostrovski yaxınlığında irəliləyib", - məlumatda deyilir.

Nəşr Ukrayna Baş Qərargahına da istinad edib. Məlumata görə, son 24 saat ərzində 169 hərbi toqquşma qeydə alınıb.

"O cümlədən, Pokrovski istiqamətində Ukrayna əsgərləri təcavüzkarın Krutoy Yar, Mirolyubovka, Mirnoqrad, Lisovka, Selidovo yaşayış məntəqələrinə qarşı 20 hücumu və hücum hərəkətini dayandırıb. Düşmən hücumlarının ən böyüyü geniş cəmləşdiyi Selidovo və Lisovka yaxınlığında olub".


Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
29
news365.az

1Источники