RU

Rusiya: BRİKS sammitinə 24 ölkənin lideri gəlir

Ukrayna müharibəsinə görə Qərblə bütün körpülərini yandıran Rusiya 2006-cı ildə Çinlə birlikdə qurduğu BRİKS təşkilatını dünyanın yeni qütbü kimi qələmə verməyə başladı.

Turkustan.az xəbər verir ki, oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammiti üçün mümkün qədər çox ölkəni toplamağa çalışan Moskva iştirakçı ölkələrin insan əhalisini hesablayaraq “BRICS dünya əhalisinin üçdə ikisini təmsil edir” şüarını önə çəkir.

Rusiya lideri Vladimir Putinin xarici siyasətdən məsul müavini Yuri Uşakov Kazan sammiti haqda deyib: “32 ölkə iştirak edəcəklərini təsdiqləyib. Kazana 24 ölkənin lideri gəlir. Sammitdə BMT-nin baş katibi Antonio Quterreş, Şanxay Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və yeni yaradılmış BRİKS inkişaf bankı da iştirak edəcək.

Ushkaov, “Hər gün yeni ölkələr BRİKS-ə üzv olmaq üçün müraciət edir. Bu cür sıx maraq fonunda təşkilatın nöqsanlı nizamnamə bölməsinin təkmilləşdirilməsinə ehtiyac var. Bunu Kazanda toplaşanda edəcəyik. Hələlik biz yeni üzvlük üçün müraciət edən ölkələr üçün (Təşkilatın Tərəfdaş ölkələri) tərifindən istifadə etməyi düşünürük. “Biz nizamnamə yenilənəndən sonra tamhüquqlu üzvlüyə qayıda bilərik. Kreml Kazan sammitində prezident Rəcəb Tayyib Ərdoğan və Putin arasında ikitərəfli görüşün planlaşdırıldığını təsdiqləyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
31
50
turkustan.az

10Источники