RU

Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Müğənni Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü və avtomobildə olan prodüser müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Избранный
77
49
mynews.az

10Источники