RU

Azərbaycanda müharibəyə hazırlıq gedir?

Xəbər verdiyimiz kimi, oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

Z.Həsənov deyib ki, “Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, eləcə də peşəkar kadr hazırlığı başlıca məqsədimizdir”.

Videobağlantı formatında keçirilən müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub.

Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, müdafiə naziri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları ilə mütəmadi müşavirələr keçirir:

12 oktyabr 2024-cü il. Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

“Oktyabrın 12-də keçirilən müşavirə, verilən tapşırıqlar xüsusi diqqət çəkir. Mövcud vəziyyətdə şərti dövlət sərhədində baş verə biləcək ehtimal təxribatlara hazır olmağın tapşırıqları verildi. Bunun qarşılığında adekvat reaksiya, yəni lokal və taktiki səviyyədə mümkün ola biləcək atəşkəsin pozulması hallarına qarşı bu əməliyyatın böyükçaplı qarşıdurmaya gətirilməməsi tapşırıqları burada yer alıb. İndiki mərhələdə Ermənistan və onu dəstəkləyən qüvvələrin daha çox niyə bu məsələdə maraqlı olduğunu hərbçilərimiz müşavirədə verilən tapşırıqlar içərisində anlayıb. Bu mərhələ Azərbaycan üçün həyati önəm daşıyan bir mərhələdir”.

Polkovnikin fikrincə, COP29-un keçirilməsinin beynəlxalq mahiyyətinin kiçildilməsi üçün Ermənistan 2 istiqamətdə fəaliyyət icra edəcək:

Избранный
24
3
publika.az

5Источники