RU

“Kremlin nüvə təhdidlərindən qorxmayın” – NATO-nun yeni baş katibi

Son zamanlar Vladimir Putinin artan nüvə təhdidləri Qərbdə birmənalı qarşılanmır.

7Times.az  xəbər verir ki, NATO-nun yeni Baş katibi Mark Rutte Putinin nüvə hədə-qorxusuna münasibərt bildirib. O deyib ki, NATO üzvləri Qərbin Ukraynaya hərbi dəstəyini zəiflətmək məqsədilə Kremlin yaratdığı nüvə təhdidlərindən qorxmamalıdır. Onun sözlərinə görə, gələn həftə başlayacaq NATO ölkələrinin nüvə təlimləri alyansın bu cür təhdidlərə cavab verməyə hazır olduğunu nümayiş etdirəcək.

Cümə axşamı Rutte Londonda Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüşüb və sonra onunla Volodimir Zelenski arasında aparılan danışıqlarda iştirak edib. Ukrayna Prezidenti “qələbə planını” müzakirə etmək və silah tədarükünü artırmaq, eləcə də Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli zərbələr endirmək məsələsini bir daha müzakirə etmək üçün əsas Avropa ölkələrinə səfərə çıxıb.

Bundan əvvəl Vladimir Putin deyib ki, Rusiyanın dərinlikərinə zərbə endiriləcəyi halda, Moskva buna NATO ölkələrinin Rusiya – Ukrayna qarşıdurmasında birbaşa iştirakı kimi baxacaq və bu, “artıq münaqişənin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişdirir”. Onun sözlərinə görə, Rusiyadakı hədəflərə qarşı strateji aviasiya, qanadlı raketlər, PUA-lar kimi aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması ilə bağlı “etibarlı məlumat” alındığı halda nüvə silahından istifadə imkanları nəzərdən keçiriləcək.

Избранный
2
3
7times.az

4Источники