Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri Üzrə Yanğından Mühafizə İdarəsinin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb.
XALQ.AZ-ın məlumatına görə, sözügedən idarənin vergi borcu yarım milyon manata yaxındır (454818.78 AZN-dir)
Qeyd edək ki, adı çəkilən idarədə hazırkı rəhbər Vəliyev Ceyhun Cavanşir oğludur.
Məlumat üçün bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədlidir.
Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur.32gun.az