RU

Müdafiə Nazirliyində xidməti müşavirə

Oktyabrın 12-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

Videobağlantı formatında keçirilən müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub.

Ali Baş Komandanın yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında və digər çıxışlarında səsləndirdiyi fikirləri müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri hərbi gücümüzün və döyüş imkanımızın artırılmasının, eləcə də peşəkar kadr hazırlığının başlıca məqsədimiz olduğunu xüsusi vurğulayıb.

Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsinin əsas tələblərdən biri olduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.

Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu qeyd edən nazir, xüsusilə qış dövründə bölmələrin maddi-texniki və tibb təminatı məsələlərinə diqqət yetirilməsinin zəruriliyini bildirib.

XQ

Избранный
14
41
xalqqazeti.az

10Источники