RU

“Moskva aşkar olanı gizlədə bilməz”

...Rusiya daha bir “Su-34” döyüş təyyarəsini itirib və iddialara görə, onunUkraynaya verilən Amerika “F-16” tərəfindən vurulduğu bildirilir.

SİA-nın əldə etdiyi məlumata görə, “The National Interest” yazır ki, Ukrayna ilə münaqişə zamanı Rusiya artıq azı 30 “Su-34” təyyarəsini itirib ki, bu da müharibədən əvvəlki 140 təyyarədən ibarət donanmanın demək olar ki, dörddə biri deməkdir.

Belə deyilir ki, guya hazırda rusların istehsal güclərinin döyüş itkilərini ödəməyə vaxtı yoxdur. Ona görə də bu mövzudakı itkiləri gizlədirlər..?

...Rusiya Ukraynada hücuma keçir, lakin bu hadisə böyük uğursuzluq kimi qiymətləndirilə bilər, çünki “Su-34”-lər Rusiyanın Ukrayna infrastrukturunu məhv etmək üçün istifadə etdiyi təyyarədir.

Bunu “Scarab Rising”-in prezidenti və geosiyasi analitik İrina Tsukerman deyir.

Maraqlıdır ki, təyyarənin itirilməsi ilə bağlı məlumat sosial şəbəkələrdə, əsasən, Telegram-da hərbi hadisələri aktiv şəkildə işıqlandıran kremlpərəst bloqçuların hesabları vasitəsilə sürətlə yayılıb. Onlar Vladimir Putinə dəstək nümayiş etdirsələr belə, hərbi əməliyyatları tənqid edirlər.

...Rusiya hərbi rəhbərliyinin tənqidinə baxmayaraq, NATO-nun ciddi təhlükə yaratdığına dair iddialar səslənməkdə davam edir.

Əli Babayev

Избранный
36
sia.az

1Источники