Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinin ilk günündə Azərbaycan cüdoçusu qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Kişilər arasında -60 kq. çəkidə Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.