RU

Azərbaycan cüdoçusu Əbu-Dabidə gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan “Böyük Dəbilqə” turnirinin sonuncu günündə gümüş medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı finalda Valeri Endotovskiyə (AİN) məğlub olub.

Azərbaycanın digər cüdoçusu Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıb. İdmançı üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Peter Safraniyə qalib gəlib.

Daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.

Избранный
3
28
futbolinfo.az

10Источники