RU

Muzeylərdəki ölü heyvanlar “danışacaq” – FOTOLAR

Kembric sərgisində süni intellekt ölü heyvanların səsini çıxarır.

KONKRET.az xəbər verir ki, Kembric Universitetinin Zoologiya Muzeyində açılan sərgidə artıq bu nümunədən istifadə edilib. Sərgidəki canlılar ziyarətçilərlə səs və ya mətn vasitəsilə mobil telefonları ilə danışa və hekayələrini paylaşa biləcəklər.

Bu sərgidə Amerika tarakanından dodo qalıqlarına, doldurulmuş qırmızı pandadan balina skeletinə qədər bir çox müxtəlif heyvanlar nümayiş etdirilir. Sərgi bu ölü heyvanları diriltmək məqsədi daşıyır və süni intellekt texnologiyası sayəsində bu heyvanlar ziyarətçilərə Yerdəki həyatlarından və qarşılaşdıqları çətinliklərdən danışacaqlar. Bu yolla biomüxtəliflik böhranına qarşı duyarsızlığı aradan qaldırmaq hədəflənir.

Muzeyin direktor köməkçisi Jak Aşbi bildirib ki, “Muzeylər süni intellektdən müxtəlif yollarla istifadə edirlər. Lakin bu, muzeylərdə ilk tətbiq sayılır”.

Layihənin məqsədi bu heyvanların “dili ilə” insanların onlar haqqında təsəvvürlərinin dəyişdirilə biləcəyini görməkdir.

Layihə “Nature Perspectives” adlı şirkət tərəfindən hazırlanıb. Hər bir heyvana harada yaşadığı, təbii mühiti və muzeydə necə meydana gəldiyi kimi məlumatlarla qidalanan süni intellekt modelləri verilib. Heyvanlar danışdıqları insanın yaşından asılı olaraq dil və tonunu dəyişir və 20-dən çox dildə ünsiyyət qura bilirlər. Məsələn, “platypus” avstraliya aksenti ilə danışır, qırmızı panda isə Himalay tonu ilə danışır.

Ziyarətçilər heyvanlarla ünsiyyət qururlar

Ziyarətçilər balinadan, məsələn, “açıq okeanda həyat necə idi?” kimi suallar verə və ya maraqlandıqları suallara cavab ala bilərlər. Jack Aşbi ümid edir ki, heyvanlarla bu söhbətlər ziyarətçilərə etiketlərdən daha çox məlumat verəcək.

Sərgi zamanı ziyarətçilərin heyvanlarla söhbətlərini təhlil etməklə insanların sərgilərlə bağlı hansı məlumatı istədikləri daha yaxşı başa düşüləcək.

Cambridge

Muzeyin tavanından asılan balina skeleti də oxşar dərinlikdə olan sualları cavablandırıb. Yaşadığı müddətdə məşhur adamla tanış olub-olmadığını soruşduqda o, heç bir məşhur insanla rastlaşmadığını, lakin onun altından keçən, təbiətə heyran və sevgisi olan hər kəsin onun üçün önəmli biri olduğunu söyləyib.

Günel Mikayılova,

KONKRET.az

Избранный
8
2
konkret.az

3Источники