RU

Rusiya üçün DƏHŞƏT: təyyarə aerodromda YANDI, hücum siqnalı gəldi – Kreml dərhal HƏRƏKƏTƏ KEÇDİ

Sosial şəbəkələrdə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus An-30 kəşfiyyat təyyarəsinin Suriya səmasında uçuşunu əks etdirən video yayılıb. Görüntülər Hələbin qərbində, İdlib şəhəri ərazisində qeydə alınıb. Təyyarə suriyalı müxaliflərin Hələb istiqamətində mümkün hücumu barədə xəbərlər fonunda növbəti uçuşunu həyata keçirib. Bundan məlum olur ki, Rusiya müasir dövrdə uçuşu sürpriz olan An-30 kimi nadir tipli kəşfiyyat təyyarələrindən istifadəni davam etdirir.

Rusiya Hərbi Hava Qüvvələrində yalnız dörd An-30 təyyarəsi xidmətdədir, əlliyə yaxın da Su-24MR kəşfiyyat təyyarəsi var. Yayda Suriya üzərində uçuşlar zamanı Qərb ölkələrinin təyyarələrinin Rusiyanın An-30 təyyarələri ilə təhlükəli yaxınlaşması barədə məlumat verilmişdi, indi təyyarəni çəkmək mümkün olub.

Rusiyanın “Orenburq-2” hərbi aerodromunda Tu-134 hərbi-nəqliyyat təyyarəsi yanıb.
Məlumatı Ukrayna Baş Kəşfiyyat İdarəsi təsdiqləyib. “2024-cü il oktyabrın 12-dən 13-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin 117-ci hərbi-nəqliyyat aviasiya alayına məxsus Tu-134 təyyarəsi yanıb”, - məlumatda qeyd olunub. Təyyarənin hansı səbəbdən yandığı barədə məlumat verilməyib.

Qeyd edək ki, bu tip təyyarələr Rusiya Müdafiə Nazirliyinin rəhbər heyətinin daşınması üçün istifadə olunur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

Избранный
112
9
musavat.com

10Источники