RU

Qoz və suyun gizli gücü: 1-2 damcı kifayətdir

Cəmi bir neçə damcı qoz suyu ilə daha sağlam və fit bədənə nail olmaq mümkündür! Elmi araşdırmalar qoz suyunun istehlakının arıqlama prosesini sürətləndirdiyini ortaya qoyub. Bu təbii qarışığın sirri nədir?

Təbiətin bizə təqdim etdiyi şəfalı ikili: qoz və su! Bu iki qida bir yerdə istehlak edildikdə bədənimizi tamamilə yeniləyə biləcək möcüzəvi təsir yaradır. Xüsusilə arıqlama prosesində dəstək axtaranlar üçün qoz və su cütlüyü xilaskar kimidir.

Ölkəmizin hər guşəsində bitən və süfrələrimizin əvəzolunmaz qoz sağlam qidalanmanın təməl daşlarından biridir. Bununla belə, qozun su ilə birləşdiyi zaman yaratdığı sinerji arıqlama prosesində dönüş nöqtəsinə çevrilir.

Gecədə suda qalan bir neçə qoz səhərlər istehlak edildikdə bədəndə yığılan ödemi aradan qaldırır və özünüzü daha fit hiss edirsiniz. Bundan əlavə qozun yağ yandırma xüsusiyyəti bu qarışığı arıqlama prosesində təsirli edir.

Qoz suyuna əlavə edilən 1-2 damcı limon bu qarışığın vitamin dəyərini artırır və eyni zamanda dadınızı doyurur. Limonun antioksidan xüsusiyyətləri sayəsində vücudunuz sərbəst radikallara qarşı daha güclü qalxan yaradır.

Qoz suyu təkcə arıqlamaq üçün deyil, bir çox sağlamlıq problemlərinə də təbii həll yolu təqdim edir.

Qoz suyunun əsas faydaları bunlardır:

Qan şəkərini balanslaşdırır: Qoz suyu müntəzəm istehlak edildikdə qan şəkərini balanslaşdıraraq diabet riskini azaltmağa kömək edir.

İmmunitet sistemini gücləndirir: C vitamini kimi immun sistemi gücləndiriciləri ehtiva edən qoz suyu bədəninizin xəstəliklərə qarşı müqavimətini artırır.

Həzmi tənzimləyir: Qoz suyunun tərkibindəki lif sayəsində həzm sistemi nizamlanır və qəbizlik problemi aradan qalxır.

Dərini gücləndirir: Qoz suyu antioksidan xüsusiyyətləri sayəsində dərinin qocalma əlamətlərini gecikdirir və daha gənc görünüş qazanmasına kömək edir.

Ürək Sağlamlığını Qoruyur: Omeqa-3 yağ turşuları ilə zəngin olan qoz suyu ürək sağlamlığını qoruyur və ürək xəstəlikləri riskini azaldır.

Qalxanvari vəzi tarazlaşdırır: Qalxanabənzər vəzinin nizamlı işləməsi üçün qoz şirəsinin istehlakı tövsiyə olunur.

Qoz suyunu hazırlamaq kifayət qədər asandır. Bir stəkan suya bir neçə qoz əlavə edib bir gecədə soyuducuda saxlamaq kifayətdir. Bu suyu səhərlər acqarına içə bilərsiniz. Daha dadlı bir içki əldə etmək üçün suya bir neçə damcı limon sıxaraq istehlak edə bilərsiniz.

Qoz və suyun birləşmiş gücü təbii və effektiv həll axtaranlar üçün ideal seçimdir. Ancaq səhhətinizdə hər hansı problem varsa, qoz suyu içməzdən əvvəl həkiminizlə məsləhətləşmək vacibdir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
53
turkustan.az

1Источники