RU

Sabah Bakıya və rayonlara yağış yağacaq - PROQNOZ

Ölkə ərazisində oktyabrın 15-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 12-16°, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu - olacaq. Nisbi rütubət gecə və gündüz 60-70% olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Arabir duman olacağı, mülayim şərq küləyi əsəcəyi gözlənilir.
 
Havanın temperaturu gecə 11-15°, gündüz 16-21°, dağlarda gecə 3-7°, gündüz 10-15° isti olacaq.
Избранный
15
49
moderator.az

10Источники