RU

Naxçıvanda sənaye istehsalı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 365,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.

9 ay ərzində sənaye məhsulunun 325,55 milyon manatlıq hissəsi və yaxud 89%-i malların, 40,35 milyon manatlıq hissəsi və yaxud 11%-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2%-i mədənçıxarma, 83,7%-i emal, 14,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Избранный
10
39
banker.az

10Источники