RU

Naxçıvanda orta aylıq əməkhaqqı açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikada orta aylıq nominal əməkhaqqı 775,2 manat təşkil edib.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8% artaraq 997,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Избранный
17
37
banker.az

10Источники