“Cuvarlı, Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam etdirilir. Həmçinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır. Füzuli şəhərinin mərkəzində, Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb. Bu isə 3132 nəfər sakin deməkdir. Şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət evlər inşa edilib. Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub”, - deyə Səbuhi Abdullayev əlavə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта