Samir Abasovun «Neftçi»yə gedişindən sonra müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Vaqif Cavadov «Sumqayıt»ın əsas komandasını ilk məşqə çıxarıb.
Sportinfo.az xəbər verir ki, hazırlıq prosesi klubun bazasında keçirilib.
Çalışmalar əsasən taktiki yöndə aparılıb. Futbolçuların əhval-ruhiyyəsindən düşərgədə vəziyyətin qaydasında olması hiss edilib.