RU

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda

Bakı, 16 oktyabr AZƏRTAC

Azərbaycanda oktyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq.

Atmosfer təzyiqi 757 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı, dolu düşəcəyi, əksər rayonlarda fasiləli yağıntı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Избранный
8
49
azertag.az

10Источники