RU

ARDNF-in büdcə transfertləri 14.5 mlrd. manata qaldırılır

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği ilkin variantla müqayisədə 1,7 milyard manat çox – 14 milyard 481 milyon manat nəzərdə tutulub.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,3 % çoxdur.

ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37,8 %-i qədərdir. Bu isə 0,9 faiz bəndi çoxdur.

Избранный
47
1
banker.az

10Источники