RU

Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz 21%-dən çox artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 34 milyon manatının və yaxud 0,1%-nin dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,4% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Избранный
9
40
banker.az

10Источники