RU

Sadələşdirilmiş vergi üzrə proqnoz 9 %-ə yaxın artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 405 milyon manatının və yaxud 1,1 %-nin sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,6 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Избранный
4
46
ikisahil.az

10Источники