RU

Azərbaycanda dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz 9 % artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 12 milyon manatının və yaxud cüzi hissəsinin dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,1 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Избранный
11
46
fed.az

10Источники