RU

Azərbaycanda məqsədli büdcə fondlarından daxilolmalar üzrə proqnoz 70 %-ə yaxın artırılır

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 61,22 milyon manatının və yaxud 0,2 %-nin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 68,5 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Избранный
4
46
fed.az

10Источники