RU

İsrail İrana zərbə endirəcəyi tarixi açıqlayıb

İsrail noyabrın 5-dək İrana cavab zərbəsi endirəcək. Bu barədə  CNN İsrail mənbələrinə istinadən məlumat verib.

 

Məlumata görə, cavab planı artıq hazırdır.


Daha əvvəl İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi Tehranda İranın nüvə sənayesinə hücumun ehtimalının az olduğunu, lakin belə bir hadisə baş versə, ziyanın tez bir zamanda aradan qaldırılacağını bildirib.


"Biz elə plan qurmuşuq ki, əgər belə bir hadisə baş verərsə, ziyan minimal olacaq," – Al-Arabiya telekanalı onun sözlərini sitat gətirir.


O əlavə edib ki, İrana qarşı nüvə sahəsinə edilən hər hansı bir hücum "demək olar ki, inanılmaz" hesab olunur, lakin Tehranda bu cür ssenariyə həmişə ciddi yanaşıblar.

 

Kamalvəndi əlavə edib ki, MAQATE və beynəlxalq ictimaiyyət nüvə obyektlərinə qarşı hər hansı təhdidi və ya hücumu qınamalıdır.

 

Aytac Zeynalova


www.anews.az
Избранный
8
25
anews.az

10Источники