RU

Bəzi bölgələrdə leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

Oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Korrespondent.az Milli Hidrometerologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 14-16°, gündüz 17-19° isti olacaq. 

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-15°, gündüz 16-19°, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacaq.

Избранный
2
49
korrespondent.az

10Источники