RU

Rusiyanı məğlub edə bilərdik, Qərb qorxdu - Zalujnı

Qərb tərəfdaşları silahı kifayət qədər və vaxtında versəydilər, Ukrayna 2023-cü ildə Rusiyanı məğlub edə bilərdi.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Kiyevin Londondakı səfiri Valeri Zalujnı “Chatham House” analitik mərkəzindəki çıxışında deyib.

“Son 10 ildə biz özümüzə arxalanaraq müstəqillik uğrunda mübarizə aparırıq. Rusiya ilə tammiqyaslı müharibə üç ilə yaxın davam edib, 30 mindən çox insan həlak olub. Amma biz sivil Qərb dünyasında, azadlıqda yaşamaq istədiyimiz üçün mübarizəmizi davam etdiririk”, - Zalujnı bildirib.

Onun sözlərinə görə, müharibə Qərbin qlobal təhlükəsizlik sistemlərini qorumaq istəməməsinin nəticəsində başladı:

“Rusiya 2008-ci ildən “yaxın xaric” adlanan yer uğrunda mübarizəyə başladıqdan sonra Qərbin zəifliyindən istifadə edir. 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya qarşı müharibə oldu. Qərbi qorxutmaq üçün Putin nüvə silahından danışır. Qərb siyasətçiləri Putinin təhdidlərindən qorxaraq daim təkrarlayırlar ki, gərginliyin qarşısını almaq lazımdır, ona görə də Ukraynaya daha az kömək edirlər. Nüvə silahı təhdidlərinə görə Qərb Kiyevi vaxtında kifayət qədər silahla təmin etmədi. Ona görə də 2023-cü ildə biz Rusiyanı məğlub edə bilmədik və tükəndirmə müharibəsinə çatdıq. 2023-cü ildə biz müharibəni bitirmək şansını əldən verdik”.

Keçmiş komandanın sözlərinə görə, Ukraynanın NATO-nun təhlükəsizlik təminatından başqa alternativi yoxdur:

“Bu məsələdə Vladimir Zelenskini dəstəkləyirəm. Müharibə resursların mübarizəsidir və insanlar da bir resursdur. Putin müharibəyə hər il 120-130 milyard dollar xərcləyir və eyni zamanda hər biri 500 dollara mərmi alır. Döyüş meydanına baxanda Ukraynanın bu qədər müqaviməti möcüzədir. Vəziyyət bundan da pis ola bilərdi”.
Избранный
59
50
sherg.az

10Источники