RU

Ülviyyə Afra haqqında dediklərini təkzib etdi – VİDEO

Aktrisa Ülviyyə Xəlilbəyova "Yalı çapkını" serialında baş rolu ifa edən Afra Saraçoğlu (Seyran) haqqında səsləndirdiyi fikirlərdən sonra tənqid atəşinə tuş gəlib.

Bizim.Media ”axşam.az”a istinadən xəbər verir ki, sözügedən ekran işində bir neçə saniyəlik epizodik rolu canlandıran Ülviyyə Afra haqqında dediklərinə aydınlıq gətirib.

"Bəzi xəbər səhifələrində şərhləri oxudum və çox güldüm. Həqiqətən də mən orada "Afra (serialda Seyran obrazını oynayır - red.) məni qısqanır" deyə, bir söz işlətməmişəm. Bu haqda bir kəlmə də deməmişəm.

Biz verilişdə başqa mövzudan danışırdıq. Şərhlərdəki fikirlər məni məndən aldı. Nə deyim, bilmirəm. Allah hər kəsin ürəyincə versin. Susuram" deyə, o, bildirib.
 

Qeyd edək ki, Ülviyyə sözügedən serialda bir neçə saniyəlik epizodik rolda yer alıb. O, daha sonra ekran işi ilə bağlı suala "Əslində ürəyim doludur, danışardım, amma müqaviləyə imza atmasaydım. Bir onu deyim ki, aktrisalardan birinin eqosu, hər kəsi alçaltması, mədəniyyətsiz davranışları və ikrah hissi oyadacaq dərəcədə iyrənc söyüşlə danışığına üzüldüm" cavabını vermişdi.


Xəlilbəyova növbəti açıqlaması ilə həmin adını çəkmədiyi aktrisanın Afra Saraçoğlu olduğunu təsdiqləyib. Ülviyyə Afra haqqında "Afranı çox sevirdim, orada gördüm ki, fərqlidir. Mənə yaxınlaşdı və eqosunu göstərdi. Bu haqda danışmaq istəmirəm, yoxsa onun danışıq tərzini deyərdim. Həddindən artıq çox kaprizli aktrisa idi" ifadələrini səsləndirib.


Bizim.Media

Избранный
20
4
bizim.media

5Источники