RU

Bugün də yağış, duman və külək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, oktyabrın 19-da Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər mülayimləşəcək. Gecə 13-15°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 65-75 faiz  olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° , gündüz 15-18°, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacaq.

Q.QASIMOV 
XQ

 

Избранный
13
49
xalqqazeti.az

10Источники