Türkiyənin Qaziantep şəhərində özəl bir bağçada 21 aylıq qız uşağı M.D.Ö.-nün ailəsi uşaqlarının yatdığı anın görüntülərini izlədikləri zaman dəhşətə gəliblər.
Parol.az xəbər verir ki, müəllimə Betül K., yerində yuxuda olan 21 aylıq M.D.Ö.-yə şillə atıb.
Dərhal bağçaya gedən körpənin ailəsi onun üzündə barmaq izlərini görüblər
Valideyinlər şiddətə məruz qalan körpələrinə xəstəxanaya apararaq ekspertizanın rəyini aldıqdan sonra müəllimədən polisə şikayət ediblər.
Kameranı izləyən polis qadının körpə uşağa qeyd edildiyi kimi şillə atdığına şahid olublar.
Müəllimə həbs olunub.
Barəsində cinayət işi açılıb.