RU

Azərbaycanda xərçəng xəstəliyi niyə artır?

Azərbaycanda xərçəng xəstələrinin sayı əvvəlki illərlə müqayisədə artıb.

KONKRET.az xəbər verir ki, bu barədə həkim Adil Qeybulla İTV-yə danışıb.

O, bildirib ki, nə qədər canlı orqanizm varsa, o qədər də xərçəng var:

“Dünyada qida çatışmazlığı, keyfiyyətsiz qidaların çoxluğu, şüalanma və genetik faktorlar da xərçəngin inkişafını artırır. Koronavirus pandemiyasından sonra xərçəng xəstəliyinin dinamikasında artım var”.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli isə deyib ki, xəstə tam müalicə olunmaq istəyirsə, vaxtında həkimə müraciət etməlidir:

“Bu xəstəliyin diaqnozu vaxtında qoyulsa, düzgün müalicə taktikası seçilmiş olsa, burada 100 faiz sağalmağa nail olmaq mümkündür”.

Ətraflı videomaterialda:

Избранный
67
16
konkret.az

10Источники