RU

ABŞ və Kanada gəmiləri Çin sahillərinə getdi

ABŞ və Kanada donanmasına məxsus iki döyüş gəmisi Tayvan sahillərinə gedib. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okeandakı 7-ci Donanması açıqlama verib. Açıqlamada deyilir ki, "Arleigh Burke" idarə olunan raketləri daşıyan “USS Higgins” esminesi və Kanada Kral Donanmasının "Halifax HCMS Vancouver” freqatı Tayvan sahillərində üzüb. Məlumata görə, gəmilər neytral sulardan istifadə edib. Məlumatda deyilir ki, hərbi gəmilər heç bir ölkənin sularından istifadə etməyib. Açıqlamada deyilir ki, gəmilərin ərazidə üzməsi Birləşmiş Ştatların müttəfiqləri və tərəfdaşları ilə birlikdə bütün ölkələr üçün naviqasiya azadlığına sadiqliyini nümayiş etdirib.

Gəmilərin keçdiyi əraziyə görə məsuliyyət daşıdığını irəli sürən Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından bildirilib ki, ABŞ və Kanada gəmilərinin hərəkəti Çin döyüş təyyarələri və gəmiləri tərəfindən izlənilib.

Избранный
42
5
metbuat.az

6Источники