RU

İntizam Komitəsinin qərarları

13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Göygöl” – “Hypers Guba” oyununda “Göygöl” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37);
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Göygöl” – “Hypers Guba” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Göygöl” komandası 80 manat cərimə edilir (maddə 51.2);
 
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Göygöl” – “Hypers Guba” oyununda “Göygöl” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Göygöl” – “Hypers Guba” oyununda “Hypers Guba” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Hypers Guba” komandası 70 manat cərimə edilir (maddə 37);
 
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Lerik” – “Ağdaş” oyununda oyun günü planı pozulduğuna görə “Lerik” komandası 100 manat cərimə edilir (maddə 77.1);
 
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Lerik” – “Ağdaş” oyununda “Ağdaş” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Sheki City” – “Şəmkir” oyunu “Şəmkir” komandasının qapıçısının formasında qüsur olması səbəbindən matç gec başladığı üçün “Şəmkir” komandası 80 manat cərimə edilir (maddə 75.6);
 
14 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Dinamo” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Şahdağ Qusar” – “Sheki City” oyununda “Sheki City” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Şəfa” – “Lerik” oyunu “Lerik” komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığına görə “Lerik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Lerik” komandası 300 manat cərimə edilir (maddə 61.4);
 
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Qusar” – “Şəmkir” oyununda “Qusar” komandası oyun günü planının tələblərini pozduğuna görə 100 manat cərimə edilir (maddə 77.1);
 
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Kür-Araz” – “Şimal” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
18 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Dinamo” – “Saatlı-Araz” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70  manat cərimə edilir (maddə 37)
 
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Ağdaş” komandası 50 manat cərimə edilir (maddə 70.1);
 
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” komandası 70 manat cərimə edilir (maddə 37);
 
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş” komandasının 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Ağdaş” komandası 300 manat cərimə edilir (maddə 43.3).
 
12 oktyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Dinamo” (Baku) – “Sabah” FK oyununda “Dinamo” (Baku) köməkçi məşqçi Qüdrət Ələsgərov qarşılaşmanın 45-ci dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 42.3)
 
12 oktyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Dinamo” (Baku) – “Sabah” FK oyununda  “Dinamo” (Baku) komandasının heyətində 5 nömrəli futbolçu Elvin Əliyev qarşılaşmanın 62-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
12 oktyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Turan Tovuz” FK – “Vətən İOEUGFMPHŞ” oyununda “Vətən İOEUGFMPHŞ” komandasının baş məşqçisi Elvin Həsənovun qarşılaşmanın 78-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)
 
12 oktyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Turan Tovuz” FK – “Vətən İOEUGFMPHŞ” oyununda “Turan Tovuz” FK komandasının heyətində 4 nömrəli futbolçu Məhəmmədəli Məmmədov qarşılaşmanın 89-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
12 oktyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sabah” FK – “Sumqayıt” FK oyununda  “Sumqayıt” FK komandasının heyətində 16 nömrəli futbolçu Əli İsrafilov qarşılaşmanın 90+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
13 oktyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilməli olan “Turan Tovuz” FK –UFA oyunu UFA komandası oyuna gəlmədiyinə görə baş tutmadığı üçün UFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
13 oktyabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt City” – “Uğur” FK oyunu bitdikdən sonra “Uğur” FK komandasının məşqçisi Rəşid Ağazadənin hakimə kobud şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 42.3)
 
13 oktyabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Ağstafa Gəncləri” – “Avey” oyununda “Avey” komandasının heyətində 77 nömrəli futbolçu Nihad Hüseynov qarşılaşmanın 56-cı dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
13 oktyabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilməli olan “Şəmkir” FK –“Gülül” (Ağstafa) oyunu “Gülül” (Ağstafa) komandasının formasında qüsurlar olduğuna görə baş tutmadığı üçün “Gülül” (Ağstafa) komandasına xəbərdarlıq edilir. Matç yenidən keçirilsin (maddə 1, 11);
 
13 oktyabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilməli olan “Şirvan” (Şirvan) – “Sabirabad” oyunu “Şirvan” (Şirvan) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Şirvan” (Şirvan) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
12 oktyabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Göztəpə” (Bakı) – “Azart” oyununda “Azart” komandasının heyətində 7 nömrəli futbolçusu Əkbər Bənnayevin qarşılaşmanın 59-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.1)
 
12 oktyabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilməli olan “Real” FK (Goranboy) – “Aran” FK (Yevlax) oyunu “Aran” FK (Yevlax)  komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Aran” FK (Yevlax)  komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
12 oktyabr 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilməli olan “Paralimpiya İdman Kompleksi” – İOEUGİM (Sumqayıt) oyunu “Paralimpiya İdman Kompleksi” komandası protokolu təqdim etmədiyinə görə baş tutmadığına görə “Paralimpiya İdman Kompleksi” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.2);
 
12 oktyabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Məhəllə uşaqları” (Sumqayıt) – “Paralimpiya İdman Kompleksi” oyunu “Məhəllə uşaqları” (Sumqayıt) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Məhəllə uşaqları” (Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
12 oktyabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Karvan” (Yevlax) – UFA oyunu UFA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə UFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
12 oktyabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Sahil” FA – “Gənclik” FK oyunu “Sahil” FA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Sahil” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
6 oktyabr 2024-cü il tarixində AFFA U-14 Lİqasında keçirilən “Kürdəmir” FK – “İsmayıllı” oyununda “İsmayıllı” komandasının heyətində 10 nömrəli futbolçu Cahid Abdullayev qarşılaşmanın 77-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
13 oktyabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Xocalı” FK – “Universal” FA oyunu “Universal” FA komandası təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığına görə “Universal” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.        
Избранный
99
4
affa.az

10Источники