RU

Açıq səhnəsi ilə gündəm olan Şəhanə danışdı - "Öpüşmə səhnəsinə görə narahat olmadım"

““Əqrəb mövsümü” serialındakı öpüşmə səhnəsi ilə bağlı müsahibə verdim. Orada bununla bağlı öz fikrimi səsləndirdim, amma onu başqa cür formada təqdim etdilər. Güvəndiyim bir sayta müsahibə verdim, onu da başqa cür işıqlandırdılar. Mən onları da başa düşürəm ki, xəbər oxunsun və maraq doğursun deyənə o cür başlıq yazırlar”. 

Bu sözləri “Əqrəb mövsümü“ serialında Nailə obrazını canlandıran aktrisa Şəhanə Rzayeva qonaq olduğu “Özəl” verilişində deyib. 

Şəhanə sözügedən ekran işində “öpüş səhnəsi”nə görə tənqid olunmasına belə reaksiya bildirib: 

“Mən bu cür fikirlər səslənsin və qalmaqal yaransın deyə “Əqrəb mövsümü” serialına çəkilməmişəm. Orada üç xanım obrazı vardı. Onların arasında da məni seçdilər. Mentalitetimizin düşüncəsi elədir ki, serial və filmlərdə öpüş və yaxınlıq səhnələri olmaz. Amma türk seriallarında həmin səhnələrə baxmaq üçün efirdə yayımı bitəndən sonra həmin səhnəyə “YouTube”da da açıb baxırlar. Azərbaycanda isə daş-qalaq edirlər”. 

Rzayeva vurğulayıb ki, onu qınayanlar arasında sözügedən səhnələrə çəkilən aktrisa da olub: 

“Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Əməkdar artistlərimiz çəkildiyim o “öpüş səhnəsi” haqqında çox pis rəylər yazdılar. Buna isə mən çox təəssüf etdim. Hətta bu cür səhnəyə çəkilən bir aktrisamızdan bu cür fikirlər almaq xoş olmadı. Düşünürəm ki, bu cür stereotipləri qırmaq lazımdır. “Əqrəb mövsümü” serialı niyə bu qədər sevildi? Çünki orada hər şey açıq-aydın və çox səmimi idi. 12 bölümdən ibarət bir serialdan sadəcə 15 saniyəlik səhnəni böyütdülər, şişirtdilər. Bunun belə olacağını da mən gözləyirdim. Buna görə heç bir narahatlıq yaşamadım. İnanıram ki, Azərbaycan kino sahəsi çox yaxşı bir mərhələyə gələcək, inkişaf edəcək”.

Qeyd edək ki, “Əqrəb mövsümü” serialında öpüşmə səhnəsi efirə verilməsə də, yutubda yayımlanıb. / Olay.az

Избранный
30
8
show.az

9Источники