RU

Basketbol Liqasında 2-ci tura 2 oyunla yekun vuruldu

Bu gün keçirilən oyunlarla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 2-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə A və B qrupları çərçivəsində iki qarşılaşma baş tutub.

İlk turda qələbə qazanan “Sabah” mövsümə uğursuz start götürmüş “Neftçi” ilə qarşılaşıb və bu oyunda asan qələbə qazanıb. Rimas Kurtinaytisin komandası favorit olduğunu sübuta yetirib.

Turun son görüşü Gəncədə keçirilib. Yerli komanda Quba ilə münasibətlərə aydınlıq gətirib. Meydan sahibləri fərqli hesabla qələbə qazanıblar.

Qeyd edək ki, A qrupunun 2-ci turunda daha öncə “Naxçıvan” NTD-yə (72:71) “Sərhədçi” “Abşeron”a (79:70) qalib gəlmişdi. B qrupunda isə “Lənkəran” “Sumqayıt”dan (93:71), “Ordu” isə “Şəki”dan (104:84) güclü olub.

Azərbaycan Basketbol Liqası
2-ci tur
26 oktyabr

A qrupu
“Neftçi” – “Sabah” 75:93 (23:24, 15:31, 17:22, 20:16)
Bakı İdman Sarayı.

Xal: Sabah – 4. Naxçıvan – 4. Abşeron – 3. Sərhədçi – 3. NTD – 2. Neftçi – 2.

B qrupu
“Gəncə” – “Quba” 90:62 (19:18, 25:19, 22:14, 24:11)
Gəncə İdman Sarayı.

Xal: Ordu – 4. Gəncə – 4. Lənkəran – 3. Şəki – 3. Sumqayıt – 2. Quba – 2.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Избранный
33
7
arena.az

10Источники